SON XƏBƏRLƏR

İstanbulda növbəti partlayış aktı törədilib

2021.10.20, 07:36
İstanbulda növbəti partlayış aktı törədilib

Gunaz.tv

GünAzTv: Bazar günü İstanbulun mərkəzindəki məhşur Taksim Meydanında partlayış baş verib. Partlayışın “kamikadze” tərəfindən törədilən terror aktı nəticəsində baş verdiyi müəyyən edilib.

Son məlumatlara görə, hadisə nəticəsində 32 nəfər yaralanıb.

Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

İstanbulun Taksim meydanında yerli vaxtla saat 10.30 radələrində baş verən partlayış nəticəsində İstanbul valiliyinin verdiyi məlumata görə, 32 nəfər yaralanıb.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Onlardan 17-sinin polis əməkdaşı, 15-nin isə mülki şəxs olduğu bildirilir.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar, onlardan yüngül xəsarət alan 23 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları isə hələ də həkim nəzarəti altındadırlar.

Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.Yaralıların əksəriyyətinin şəxsiyyəti müəyyən edilib, hələlik yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Hadisdən sonra polis Taksim Meydanında təhlükəsizlik tədbirlərini artırıb, hadisə yeri mühasirəyə alınıb.

Partlayışdan dərhal sonra polis əməkdaşları orada ikinci bir partlatyışın ola biləcəyi ehtimalına qarşı insanların toplanmamasına çalışırdılar.

Çünki əvvəlki illərdə belə hadisələr olmuşdu, ilk partlayış isanların toplanması, ikinci partlayış isə daha böyük tələfatla nəticələnmişdi.

Bu gün də belə bir ehtimaldan ehtiyat edilirdi..

Partlayışı törədən şəxs hadisə yerində ölüb, ilkin məlumatlar bu aksiyanın intiharçı tərəfindən həyata keçirildiyini göstərir.

Aksiyanın polis əməkdaşlarına qarşı planlaşdırıldığını da demək mümkündür.

Çünki partlayış İstanbulun ən gur yerində baş verib, və qeyd olunmalıdır ki, bu, son 11 ildə Taksim meydanında baş verən 3-cü analoji hadisədir.

Eyni zamanda bazar günü səhər saatları olduğu üçün həmin ərazidə xoşbəxtlikdən insanların gediş-gəlişi bir o qədər çoxalmamışdı.

Digər tərəfdən bu aksiya çevik polis qüvvələrinin gecə-gündüz növbə çəkdiyi bir yerdə baş verib və bəzi ilkin versiyalara görə, terrorçu, içində polislərin olduğu maşına mindikdən sonra partıayışı törətmək istəyirmiş və yerli müşahidəçilər, partlayış nəticəsində heç kimin ölməməsini möcüzə kimi qiymətləndirirlər.

Hələlik hadisə ilə bağlı heç kim məsuliyyəti öz üzəriə götürməyib.

Bəzi müşahidəçilər bunun PKK-nın işi olduğu təxmin edirlər.

Digərləri, PKK-nın daxilindəki bəzi nəzarətsiz qrupların bu qanlı aksiyanı planlaşdırdığını qeyd edirlər.

Partlayışın baş verdiyi tarix çox mühümdür.

Məhz bazar günü PKK-nın “aksiya keçirməyəcəyini elan etdiyi” müddət başa çatırdı.

Bəzi analitiklər, bununla hökümətin kürd məsələsinin həlli üçün göstərdiyi səylərin baltalandığını iddia edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar