SON XƏBƏRLƏR

İstanbulda Xocalı aksiyası keçirildi

2021.10.20, 07:36
İstanbulda Xocalı aksiyası keçirildi

Gunaz.tv

GünAz TV: Bu gün İstanbulun Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən aksiya başa çatıb.

 

Saat 16:00-da başlayan aksiyaya yüz mindən çox insan qatılıb. BU barədə Lent.az “Bengü Turk” telekanalına istinadən xəbər yayıb.

 

 Aksiya Azərbaycan və Türkiyə himnlərinin, “Çırpınırdın, Qara dəniz” mahnısının oxunması ilə başlanıb.

 

 Mitinqdə “Hamımız xocalılıyıq!”, “Hamımız Türkük!”, “Xocalıya ədalət!” şüarları səsləndirilib.

 

 Aksiyada Türkiyənin daxili işlər naziri Naim Şahin, millət vəkilləri və QHT (qeyri hökumət təşkilatları) təmsilçiləri çıxış ediblər.

 

 Aksiyanın sonunda Xocalıda şəhid edilən 613 nəfərin xatirəsinə 613 qara şar səmaya buraxılıb...

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar