SON XƏBƏRLƏR

İsveçin “Volvo” şirkəti İranla əməkdaşlığını dayandırır

2021.10.20, 07:36
İsveçin “Volvo” şirkəti İranla əməkdaşlığını dayandırır

Gunaz.tv

GünAzTV: İsveçin tır, avtobus, avtomobil və mühərriklər istehsal edən məşhur “Volvo” şirkəti İranla əməkdaşlığını dayandırmaq qərarına gəldiyini bildirib.

 

“Volvo” şirkətinin sözçülərindən biri sentyabrın 24-də jurnalistlərə açıqlamasında bildirib ki, şirkətin İranla əməkdaşlığını dayandırması, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyalarla əlaqədardır: “Qoyulan sanksiyalar nəticəsində, İrana göndərilən ehtiyat hissələrinin pulunu almaq artıq qeyri-mümkün olub.

 

Amerikanın sanksiyalarının yenidən bərpa olunmasından sonra demək olar ki, İranın bank sistemi artıq işləmir və biz İrana satdığımız malların pulunu ala bilmirik. Məhz bunları nəzərə alaraq, “Volvo” şirkətinin rəhbərləri İranla əməkdaşlığı dayandırmaq qərarına gəliblər”.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar