SON XƏBƏRLƏR

İtaliyalı nazir: “Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”

2021.10.20, 07:36
İtaliyalı nazir: “Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”

Gunaz.tv

GünAz TV: Yaxın zamanlarda Avropa İttifaqının gələcək taleyi həll olunacaq.

 

APA-nın xəbərinə görə, bunu “Spiegel”-ə müsahibəsində İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini bəyan edib.

 

“Bir il ərzində vahid Avropanın qalıb-qalmaması məsələsinə aydınlıq gətiriləcək”, deyə M.Salvini qeyd edib. Onun fikrincə, vəziyyət Aİ büdcəsinin müzakirəsi zamanı, eləcə də 2019-cu ildə Avropa Parlamentinə seçkilərdən əvvəl aydınlaşacaq.

 

Siyasi blok daxilində əlaqələrə toxunan M.Salvini  Berlin və Roma arasında müxtəlif mövzularda ciddi ziddiyyətlərin olduğunu qeyd edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar