İtalyan parlamentarilər: "Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir"

2020-09-28 00:49

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra İtaliya mətbuatına açıqlamasında Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələrə hücumların Cenevrə konvensiyalarının pozulması olduğunu deyib. İtalyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanın İtaliyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, italyan senator, habelə Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.


İtalyan senatorun açıqlaması İtaliyanın İl Tempo, Agenzia Nova, Politicamente Corretto, Adnkronos, Fortune İtalia, Maxim İtalia, Notize Yahoo, Libero Quotidiano, TW News kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.


İtaliyanın Agenzia Nova xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, Liqa partiyasından olan deputat Rossana Boldi son saatlarda Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib.


İtalyan deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcək.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19

gun az article

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib- FOTO

2020-10-19

gun az article

TBMM sədri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

2020-10-19

gun az article

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna qarşı etiraz aksiyası keçirilib- FOTO

2020-10-19

gun az article

MN: Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-19

gun az article

Azərbaycan bayrağı Xudafərin körpüsündə

2020-10-18

gun az article

Moskvada Ermənistanın Gəncə şəhərində törətdiyi terrorun qurbanları anılıb

2020-10-18

gun az article

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb- FOTO

2020-10-18

gun az article

Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”

2020-10-18