SON XƏBƏRLƏR

İtkin düşən hərəkatçılar ETTELAAT-ın təcridxanasındadır

2021.10.20, 07:36
İtkin düşən hərəkatçılar ETTELAAT-ın təcridxanasındadır

Gunaz.tv
İtkin düşən hərəkatçılar ETTELAAT-ın təcridxanasındadır Firudin Mehdipurun ölüm ayağında olduğu bildirilir May olaylarının ildönümü ərəfəsində təzyiqlərə məruz qalan Güney Azərbaycan Milli Hərəkatının bəzi fəalları barədə məlumat əldə etmək mümkün olub. Belə ki, itkin düşmüş hesab edilən və ailəsinin uzun müddətdən bəri xəbər tutmadığı Ramin Əzmi və Əkbər Hüseynzadənin ETTELAAT-ın Təbriz şöbəsindəki təcridxanada saxlandığı məlum olub. Sulduz şəhər məhkəməsi isə hərəkatçı Babək Siyami barədə hökm çıxarıb. Hökmə əsasən B.Siyami həbslə yanaşı şallaq cəzasına məhkum edilib. Hökm icra edildikdən sonra hərəkatçı həbsxanaya göndərilib. Hərəkatın digər fəal iştirakçısı Firudin Mehdipur isə ölüm ayağındadır. Mayın 21-dən bəri ölüm aclığına başlayan hərəkatçının vəziyyəti kəskin pisləşib. Lakin həbsxana rəhbərliyi onun xəstəxanaya yerləşdirilməsi barədə qərar verməkdən yayınır. ("OLAYLAR"İA) ---------------------------------------------------------------------- Adı beynəlxalq hesabatlara salınan hərəkatçı yenidən tutulub Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan, adı dəfələrlə beynəlxalq hesabatlara salınmış Əsgər Əkbərzadə yenidən həbs edilib. ETTELAAT məmurları həbsi iyunun 10-da tələbənin yaşadığı evdə həyata keçirib. Ərdəbil Universitetinin kimya fakültəsində təhsil alan tələbənin kompüteri, kitabları da müsadirə edilib. Ə.Əkbərzadənin hansı ittihamlarla həbs edildiyi barədə məlumat verilmir. Məlumat üçün bildirək ki, tələbə bundan öncə də dəfələrlə həbs edilərək işgəncələrə məruz qalıb. Ə.Əkbərzadənin adı 2006 və 2007-ci illərdə Beynəlxalq Əfv Təşkilatının hesabatlarına salınıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar