SON XƏBƏRLƏR

İvanişvilidən geri addım: Etirazçıların tələbi qəbul edildi

2021.10.20, 07:36
İvanişvilidən geri addım: Etirazçıların tələbi qəbul edildi

Gunaz.tv

GünAz TV: Gürcüstanda parlament seçkiləri 2020-ci ildə proporsional seçki sistemi üzrə keçiriləcək.

"Azvision.az"-ın yaydığı xəbərdə qeyd olunur ki, bu barədə hakim partiyanın sədri Bidzina İvanişvili məlumat verib. Onun sözlərinə görə, "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası genişmiqyaslı siyasi islahatlara başlayır.


"2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi üzrə sıfır seçki baryeri şəraitində keçirilməlidir”,- deyə İvanişvili partiyanın Şiyasi Şurasının iclasında deyib.

 
Qeyd edək ki, parlament seçkilərinin proporsional sistemlə keçirilməsi son günlər Tibilisidə etiraz edən aksiyaçıların əsas tələblərindən biri idi. Beləliklə, iqtidar partiyası etirazçıların daha bir tələbini yerinə yetirəcək.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar