SON XƏBƏRLƏR

Mixail Ulyanov: “İran sentrifuqaları ya məhv edilməli, ya möhürlənməli və ya xaricə daşınmalıdır”

2021.12.14, 09:39
Mixail Ulyanov: “İran sentrifuqaları ya məhv edilməli, ya möhürlənməli və ya xaricə daşınmalıdır”

Gunaz.tv

Dekabrın 13-də Rusiyanın TASS informasiya agentliyinə açıqlamasında İranla aparılan nüvə danışıqlarında irəliyə doğru bəzi addımlar atıdığını bildirən Ulyanov deyib ki, bu inkişaflar çox da sürətli deyil.

“Vyanadakı danışıqlarda mübahisəli mövzulardan biri İranın sentrifuqaları və bu ölkənin uranı zənginləşdirən nüvə təsisatlarıdır.

Sentrifuqalar məsələsinə gəldikdə belə bir sual ortaya çıxır ki, biz bu sentrifuqalarla nə edə bilərik. Hesab edirəm ki, bununla bağlı qarşımızda duran seçimlərdən biri onları xaricə daşımaqdır.

Digər bir seçim isə İraxn sentrifuqalarını məhv etmək, növbəti seçim isə onları möhürləyib Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti və zəmanəti ilə depolamaqdır”, -deyə Rusiyanın nüvə razılaşmasının Birgə Komissiyasındakı nümayəndəsi Mixail Ulyanov bildirib.

Ulyanov sonda deyib ki, Vyana danışıqlarında bu günə qədər öz həllini tapmayan onlarla mübahisəli mövzulardan biri də İran sentrifuqalarıdır və bu məsələ həll edilməlidir. 

Xatırladaq ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün dünya güclərinin  Vyanada İranla apardığı danışıqlara beş aylıq bir fasilədən sonra noyabrın 29-da start verilib. 
 

Müzakirələrin 8-ci mərhələsi bu günə qədər davam etdirilsə də, danışıqlarda hansısa bir irəliləyişin olacağı ilə bağlı hər hansı bir persprktiv görünmür.

مذاکرات احیای برجام در وین

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar