SON XƏBƏRLƏR

Mixeil Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb

2021.10.20, 07:36
Mixeil Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb

Gunaz.tv

O, Kiyevdən Gürcüstana gələrkən saxlanılacağını gözlədiyini bildirib.

“Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir. Sizi sevirəm”, - məktubda deyilir.

“Keçmiş Prezident Mixeil Saakaşvili Gürcüstanda dövlət çevrilişi etmək istəyib”. Bunu isə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı ölkəyə dövlət çevrilişini həyata keçirmək və iğtişaşlar törətmək üçün qayıdıb: “Buna müvafiq olaraq, hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısınıa almaq üçün bütün tədbirləri gördü”.

Qeyd edək ki, M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar