SON XƏBƏRLƏR

"Milli birlik uğurun əsas şərtidir"- Abbas Lisaninin 8 il öncəki çıxışının VİDEO-su yayıldı

2022.01.19, 10:00
"Milli  birlik uğurun əsas şərtidir"- Abbas Lisaninin 8 il öncəki çıxışının VİDEO-su yayıldı

Gunaz.tv

Lisani çıxışında Azərbaycan milli hərəkatında olan müxtəlif cərəyan, qrup və şəxsləri qarşılıqlı olaraq bir-birlərini tanımağa və hörmətlə yanaşmağa çağırır.

“Bütün fəaliyyət və ictimai hərəkatlarda birlik uğurun əsas amili sayılır. Buna necə nail olmaq olar, birlik olması üçün hansı maneələr aradan götürülməlidir?

Kimsənin başqasını özünə uyğunlaşdırmaqla birliyə nail olması mümkün deyil. Birlik üçün əsas amil fərqliliklərə dözümlü yanaşmaq və qarşılıqlı tanıma, sayğıdır. 

Hansısa şəxsi təcrid etməyi, hansısa təşkilatı aradan götürməyi düşünməməliyik”-deyə, Abbas Lisani bildirir. 

Milli Hərəkatın əsas simalarından biri olan Abbas bəy çıxışında bildirir ki, başqaları, hətta müxaliflər belə olduğu kimi qəbul edilməlidir.

“Tənqidlərimizi məntiqli şəkildə bildirməli və öz səliqəmizə görə fəaliyyət göstərməliyik”-deyə, A.Lisani çıxışında bildirir.

Videoda Abbas Lisani xalqın maarifləndirilməsinin əhəmiyyətindən danışır. 

O, hesab edir ki, bu halda uğur qazanmaq mümkün olacaq.

Onun fikrincə, maariflənməyən, milli şüura yiyələnməyən toplum vətən, torpaq dərdi çəkə bilməyəcək.
“Milli mübarizənin öz qaydaları var. Milli mübarizəyə qatılanlar şəxsi maraqlarından keçməlidirlər. 

Belə olmadıqda, şəxsi maraqların ümumi maraqlardan üstün tutulduğu təqdirdə məğlubiyyətə uğrayacağıq. Azərbaycan milli hərəkatını şəxsi mənafelərimizlə eyniləşdirsək, onu uçuruma aparmış olacağıq”-deyə, Lisani qeyd edir.

Siyasi məhbus çıxışının sonunda bildrir ki, özlərinin dil və mədəniyyətlərini qoruyub saxlaya bilən xalqlar torpaqlarını da əldə saxlaya biliblər.

Ancaq bu məsələdə laqeydlik edən xalqlar torpaqlarını itirib, mədəniyyət və dillərinin asimilasiya olması qarşısında dayana bilməyib və tarixdən siliniblər.

C.E

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar