Güneyli siyasi məhbus Fərhad Meysəmi aclıq aksiyasına başladı

07.05.2022, 06:10

Kərəc zindanında saxlanılan mədəni fəal və siyasi məhbus Fərhad Meysəmi aclıq aksiyasına başlayıb.

Gunaz.tv Quote | Gunaz article

O, bununla bağlı məktub yazaraq İsveç vətəndaşı olan güney azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünə etiraz etdiyini bildirib.

Fərhad Meysəmi bildirib ki, may ayında edam edilməsi nəzərdə tutulan Cəlalinin edam hökmü ləğv olunmadığı müddətcə aksiyanı davam etdirəcək.

Beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edən Meysəmi edam hökmünün ləğv edilməsi üçün İran hakimiyyətinə təzyiq göstərmələrini istəyib.

Fərhad Meysəmi İranda tanınmış mədəni fəallardandır və icbari hicaba etiraz etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilərək 2018-ci ilin avqust ayından məhkumluq dövrünü yaşayır.

“Əhmədrza Cəlali bu gün yer üzündə ən müdafiəsiz insanlardan biridir. Onun öldürülməsinə imkan verməyin”-deyə, siyasi məhbus məktubunun sonunda qeyd edib.

Qeyd edək ki, mayın 4-də İran mediası “İsrailə casusluq ittihamı" ilə edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.  

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xarkova raket zərbələri: yaralılar var

2022-12-09

gun az article

Dekabrın 12-də İrana sanksiyalar gözlənilir

2022-12-09

gun az article

Makronun bu çıxışı NATO ölkələrini qəzəbləndirdi

2022-12-09

gun az article

Sülhməramlıların ailələri Qarabağa köçürülür?

2022-12-09

gun az article

Blinken ABŞ-ın Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb

2022-12-09

gun az article

BMT-dən Ukrayna açıqlaması - Bu, fəlakətə səbəb olacaq

2022-12-09

gun az article

İtaliya İranda aksiyada iştirak edən şəxsin edam edilməsindən hiddətlənib

2022-12-09

gun az article

Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”

2022-12-09

gun az article

Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

2022-12-08

gun az article

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

2022-12-08

gun az article

İranda öldürülən etirazçı sayı 475-ə çatdı

2022-12-08

gun az article

“Utelsat” İranın “Press TV” kanalının yayımını dayandırır

2022-12-08

gun az article

Zelenski İran PUA-larını zərərsizləşdirən hərbi pilota "Ukrayna qəhrəmanı" adını verib

2022-12-08

gun az article

Zəfər paradı dünyaya verilən aydın mesaj idi - Deputat

2022-12-08

gun az article

ABŞ Senatı İrana qarşı yeni sanksiya layihəsini təsdiq edib 

2022-12-08

gun az article

İranda daha iki məhbus edam edilib

2022-12-08

gun az article

"Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi İrana mesajdır"-Hərbi ekspert-VİDEO

2022-12-08

gun az article

Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq

2022-12-08

gun az article

Dekabrın 7-i gecə saatlarında İranda etiraz aksiyaları davam edib

2022-12-08

gun az article

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

2022-12-08