SON XƏBƏRLƏR

Xiyavda məşhur tarixi abidələr özəl sektorun istifadəsinə verilib

2022.01.15, 09:34
Xiyavda məşhur tarixi abidələr özəl sektorun istifadəsinə verilib

Gunaz.tv

Hadi Mirzayi iddia edib ki, “Şeyx Heydər” məqbərəsi, “Qanlı bulaq” karvansarası, “Şəhər yeri” və “Köhnə qala” tarixi abidə və məkanlarının özəl sektora verilməsində məqsəd adıçəkilən abidələrin bərpası və qorunmasına dəstək verməkdir.

O, 2023-cü ildə Xiyav şəhərinin Ərdəbil əyalətinin turizm mərkəzi kimi nəzərdə tutulduğunu, bununla bağlı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin turistləri və nümayəndələrinin bölgəyə səfər edəcəyini bildirib.

Hadi Mirzayinin sözlərinə görə, abidələrin özəl sektora verilməsi onların bərpası ilə bağlı işlərin sürətləndirilməsinə hesablanıb.

Qeyd edək ki, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi tarixi abidələrin təmiri, bərpası və saxlanılması üçün yetərli büdcə ayırmadığı üçün çox sayda abidə, tarixi məkan özəl sektorun istifadəsinə verilib.

Sərmayəçilər abidələrin təmiri və qorunması qarşılığında onlardan xidmət və turizm sahəsində istifadə edirlər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar