SON XƏBƏRLƏR

Xiyavda sel fəsadlar törədib

2022.05.02, 12:20
Xiyavda sel fəsadlar törədib

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Mehdi Xidməti mediaya verdiyi açıqlamada bildirib. Hadisə ötən gecə baş verib.

Onun sözlərinə görə, bir neçə kəndə 1200 mal-qaranı sel aparıb, əkin və bağ sahələrinə ziyan dəyib.

Xidməti bununla yanaşı yolların dağıldığını və bir neçə bəndin, özəlliklə Əhmədbəyli su bəndinin xəsarət aldığını bildirib.

Qeyd edək ki, iki gün öncə Şərqi Azərbaycanın Kəleybər bölgəsində güclü yağışlar bölgəyə xəsarətlər vurub, yollar, körpülər yararsız vəziyyətə düşüb və bir nəfər həyatını itirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar