SON XƏBƏRLƏR

Xiyavda su böhranı dərinləşib

2021.12.11, 11:50
Xiyavda su böhranı dərinləşib

Gunaz.tv

“Savalan” bəndindən görüş keçirən R.Əlinejad jurnalistlərə açıqlamasında deyib ki, bu bəndin əyalətin ən böyük bəndi olmaqla ötən ilin oxşar dövrü ilə müqayisədə su həcminin 20 milyon kubmetr azalması narahatlıq yaradıb. 

Quraqlıq və yağıntıların azalması ucbatından Xiyav mahalında mövcud olan bəndlərin heç birindəə su toplanmadığını nəzərə çatdıran şəhər başçısı, bölgənin su təminatında əhəmiyyətli rol oynayan Əhmədbəyli bəndində su həcminin ötən ilə nisbətdə daha 3 milyon kubmetr azaldığını qeyd edib. 

Xüsusilə son illər Güney Azərbaycanın su qaynaqlarına görə zəngin bölgələrindən olan Xiyav mahalında su hövzələrinin düzgün idarə edilməməsi içməli və kənd təsərrüfatı sahəsində su çatışmazlığına səbəb olub. 

Yeni günəş ilində Xiyavın bir neçə kəndində əhali su çatışmazlığına görə etiraz aksiyası keçirib, yolu bağlayıb və hökumət məmurları ilə qarşıdurma yaranıb. 

Su çatışmazlığı kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurduğu üçün bölgədə təsərrüfat işləri ilə məşğul olan on minlərlə insan məcburiyyət qarşısında iş axtarmaq üçün başqa əyalətlərə köçməyə məcbur olub. 

Bir neçə gün bundan öncə Xiyavın İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə son illər mahalda köçün çoxaldığını, nəticədə isə Xiyavın əhalisinin sayının 250 min nəfərdən 160 min nəfərə qədər azaldığını deyib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar