SON XƏBƏRLƏR

Xiyavda 8 su bəndinin tikintisi yarımçıq qalıb

2022.04.23, 12:15
Xiyavda 8 su bəndinin tikintisi yarımçıq qalıb

Gunaz.tv

Xiyav bölgəsinin coğrafi şəraitinə görə, əkinçilik və bağçılıq sahəsində əhəmiyyətli rola malik olduğunu deyən Begdili su bəndləri layihələrinin tamamlanması üçün büdcə ayrılmamasının əhali arasında narazılıqlara səbəb olduğunu söyləyib.

Xiyavda bağçılıq sahəsinin yüksək potensialına, külli miqdarda bağçılıq məhsullarının istehsalına toxunan fərmandar, şəhərdə konversiya sənayesinin qurulmamasını tənqid edib.

Qeyd edək ki, xüsusilə son illər Güney Azərbaycanın su qaynaqlarına görə zəngin bölgələrindən olan Xiyav mahalında su hövzələrinin düzgün idarə edilməməsi içməli və kənd təsərrüfatı sahəsində su çatışmazlığına səbəb olub. 

Su çatışmazlığı kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurduğu üçün bölgədə təsərrüfat işləri ilə məşğul olan on minlərlə insan məcburiyyət qarşısında iş axtarmaq üçün başqa əyalətlərə köçməyə məcbur olub. 

Bir neçə gün bundan öncə Xiyavın İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə son illər mahalda köçün çoxaldığını, nəticədə isə Xiyavın əhalisinin sayının 250 min nəfərdən 160 min nəfərə qədər azaldığını deyib.  

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar