SON XƏBƏRLƏR

Kiyumərs Heydəri: “Bizim ölkənin şimal-qərb sərhədlərinə həssaslığımız artıb”

2021.10.20, 07:36
Kiyumərs Heydəri: “Bizim ölkənin şimal-qərb sərhədlərinə həssaslığımız artıb”

Gunaz.tv

O deyib ki, İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına təkid edib.


“Hesab edirik ki, yük maşınlarının Azərbaycan ərazisindən İrana və oradan Türkiyəyə və ya Naxcıvana, yaxud İran İslam Respublikasından Azərbaycana və Ermənistana hərəkəti tam təhlükəsizlik şəkildə olmqalıdır.


İran son iki yüz ildə heç vaxt kiməsə qarşı hücumçü olmayıb və öz qonşularının torpaqlarına göz tikməyib. İran sadəcə olaraq özünü müdafiə edib. Biz həmçinin Qarabağın uzun müddət Ermənistan tərəfindən işğal olunması müddətdə hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına təkid etmişik və heç bir işğalçılığı təsdiq etməmişik.


Bizim silahlı qüvvələrimizin bu məntəqədə və ölkənin digər bölgələrində keçirdiyi hərbi təlimlər dəqiq bir proqram əsasında həyata keçirilir, məqsəd isə silahlı qüvvələrimizin istənilən coğrafi məkanda və sərhədlərimizdə döyüşə hazırlıq qabiliyyətini yüksəltmək və dəyərləndirməkdir.


Bizim b\u regionda təhlükəsizliyi pozan çağırılmamış bir ünsürümüz var, o da başqa yerdən buraya gələn sionist rejimidir. MƏhz buna görə də sionist rejimi bu məntəqəyə gələndən sonra bizim şimal-qərb sərhədlərinə həssaslığımız artıb və onların bu regiondakı bütün hərəkətlərini diqqətlə izləyirik”, -deyə İran ordusunun quru qüvvələrinin komandanı Kiyumərs Heydəri bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar