Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

05.09.2022, 12:35

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

Gunaz.tv Quote | Gunaz article

Məlumatı BBC yayıb.

Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.

Səsvermənin altıncı turunda L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.

L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.

B.Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı xələfi kimi təqdim etməlidir.

L.Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.

Qeyd edək ki, L.Trassın 47 yaşı var, 11 ay xarici işlər naziri olmaqla, 3 Baş nazirin hökumətində altı nazir (xarici ticarət, ətraf mühit, ərzaq və kənd təsərrüfatı, ədliyyə, xarici işlər naziri və lord-kansler) vəzəfəsində çalışıb. 

L.Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.

L.Trass Birləşmiş Krallığın kraliçası II Elizabetin dövründə vəzifə başına keçən 15-ci Baş nazirdir. Qadın siyasətçi həmçinin ölkə tarixinin 78-ci hökumət başçısı, Marqaret Tetçer, Tereza Meydən (hər iki Mühafizəkarlar Partiyasının sədri olub) sonra 3-cü qadın Baş nazirdir.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02