SON XƏBƏRLƏR

Jalə Təbrizi bu sayta verdiyi müsahibədə həbsdə olan güney azərbaycanlı fəalların səhhətindən nigaranlığını bildirib

2021.10.20, 07:36
Jalə Təbrizi bu sayta verdiyi müsahibədə həbsdə olan güney azərbaycanlı fəalların səhhətindən nigaranlığını bildirib

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Jalə Təbrizi Kafkassam– Strateji Araşdırmalar Mərkəzinin saytına verdiyi müsahibədə İran həbsxanalarında saxlanılan güney azərbaycanlı fəalların səhhəti ilə bağlı nigaranlığını bildirib.

 

Xanım Jalə Təbrizi saytın müxbiri Calal Rövşənin suallarını cavablandırarkən bildirib ki, Abbas lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Kazım Səfabəxş yalnız tanınan güney azərbaycanlı fəallardan bir neçəsidir. Onların koronavirus infeksiyası həbsxanaları bürüdüyü bir vaxtda sərbəst buraxılmaması Azərbaycan cəmiyyətinin nigaranlığına səbəb olub.

 

Koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının  İran rejiminin elan etdiyi kimi olmadığını deyən xanım Jalə Təbrizi məhbusların sayı barədə də dəqiq məlumat olmadığını bildirib. O qeyd edib ki, bu günədək rəsmi qurumlar məhbuslar, xüsusi ilə də təhlükəsizlik orqanları tərəfindən saxlanılanların sayı barədə İrandan statistik məlumat tələb edib, lakin bu barədə İran rəsmiləri dəqiq məlumat verməkdən boyun qaçırıb.

 

İnsan hüquqları müdafiəçisi əlavə edib ki, koronavirus təhlükəsi bir neçə həbsxanada üsyana səbəb olub. Lakin məhbusların etirazı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə yatızdırılıb.

 

“İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi 5 ildən az həbs cəzası olanların koronavirusdan qorunmaq üçün məzuniyyətə buraxılacağını bildirdi. Lakin bu elan olunduğu kimi həyata keçirilmədi. Bəzi məhbuslar, o cümlədən azərbaycanlı fəal Kazım Səfabəxş 2 il azadlıqdan məhrum edildiyi halda məzuniyyətə buraxılmayıb.”- deyə xanım Jalə Təbrizi qeyd edib.

 

Beynəlxalq Əfv Təşkilatı açıqladığı bir hesabatda bildirmişdir ki, İran həbsxanalarında etirazları yatızdırmaq üçün təhlükəsizlik qüvvələri tərəfindən 36 məhbusun öldürüldüyü ehtimal olunur.

 

Qeyd edək ki, koronavirus böhranı başladıqdan sonra İranın bir neçə həbsxanası, o cümlədən Şirazın “Adil Abad”, Əliqudərz, Təbriz, Səqqiz və Həmədan həbsxanalarında məhbusların üsyanı baş verib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar