SON XƏBƏRLƏR

Jan İv Le Drian İrana səsləndi: “Qırmızı xətlə oynamaq təhlükəlidir”

2021.10.20, 07:36
Jan İv Le Drian İrana səsləndi: “Qırmızı xətlə oynamaq təhlükəlidir”

Gunaz.tv

 GünAzTV: Fransanın xarici işlər naziri Jan İv Le Drian iyunun 6-da jurnalistlərə açıqlamasında İran rəsmilərinin uranı yüksək səviyyədə zənginləşdirməyə başladıqları ilə bağlı son bəyanatlarına reaksiya verib.

 

O bildirib ki, İranın uranı zənginləşdirmək üçün fəaliyyətini genişləndirməsi, rəsmi Tehranın Qərbin təyin etdiyi qırmızı xəttinə yaxılaşması deməkdir: “İran rəsmilərinin seçdiyi bu yol, heç də yaxşı bir yol deyil. Bu, təhrikedici bir addımdır. Baxmayaraq ki, İranın atdığı bu addımı, hələlik Vyanada imzalanmış nüvə sazişi çərçivəsindədir, lakin bu ölkə bilməlidir ki, qərməzə xətlə oynamaq həmişə təhlükəlidir”.

 

 

İyunun 4-də İranın dini lideri Əli Xamneyi, ölkənin Atom Enerjisi Təşkilatına, uranın yüksək səviyyədə zənginləşdirilməsinə və bunun üçün Nətənz təsisatında 190 min SWU-nun icad olunması üçün fəaliyyətə başlaması xüsusunda tapşırıq verib: “Avropalı ölkələrin bizdən istədiyi odur ki, həm ölkəmizə qarşı tətbiq edilmiş sanksiyalar qüvvədə qalsın, həm də bizə qoyduqları nüvə qadağaları. Lakin onların bu dolaşıqlı yuxusu çin olmayacaq. Çünki, İran milləti və hökumət, onun nüvə fəaliyyəti məhdudlaşdırıldığı bir vaxtda həm də sanksiyalara məruz qoyulmasına dözməyəcək”.

 

 

İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi iyunun 5-də jurnalistlərə açıqlamasında Xamneyinin tapşırığının icrasına baladıqlarından danışıb: “Bu gündən, ölkə liderinin tapşırığının icrasına, Nətənz nüvə təsisatında yeni sentrifuqların istehsalına başlayacağıq. Hesab edirik ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar qüvvədə ola-ola, nüvə sazişinin (“Bərcam”ın) icrası mümkün deyil. Biz, sazişin icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə əməl edirik. Lakin nöqsanlı bir razılaşmanı qəbul edə bilmərik. Bu bizim ciddi mövqeyimizdir”.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar