SON XƏBƏRLƏR

Jozef Votel: “Amerika İranla müharibə etmək niyyətində deyil”

2021.10.20, 07:36
Jozef Votel: “Amerika İranla müharibə etmək niyyətində deyil”

Gunaz.tv

GünAzTV: ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Jozef Votel, oktyabrın 4-də jurnalistlərə açıqlamasında, İranın regionda yürütdüyü dağıdıcı siyasətindən və Vaşinqtonun Tehrana qarşı iqtisadi və diplomatik təzyiqindən danışıb.

 

Votelin açıqlaması, dövlət katibi Mayk Pompeonun Amerikanın 1955-ci ildə, keçmiş İran şahı Məhəmmədrza Pəhləvi dövründə Tehranla imzaladığı dostluq sazişini ləğv etməsini bildirməsindən bir gün sonraya təsadüf edib.

 

ABŞ dövlət katibi Mayk Pompeo

 

General Votel bildirib ki, Amerika İranla ixtilaflarını danışıqlar yolu ilə həll etməyin tərəfdarıdır: “Amerika İranla müharibə etmək niyyətində deyil. Biz İrana qarşı iqtisadi və diplomatik təzyiq siyasətini davam etdiririk. Hesab edirik ki, İran bölgənin sabitliyinə qarşı yönəlmiş dağıdıcı rəftarını dəyişməli, Orta Şərqdə insanların əzabına səbəb olan zorakılığı yaymaq  siyasətindən əl çəkməlidir. Biz hazırda İrana qarşı yalnız iqtisadi və diplomatik təzyiq üsulundan istifadə edir, İranla müharibə etməyə heç bir ehtiyac duymuruq”.

 

Qeyd edək ki, bölgənin ərəb ölkələri İran İslam Respublikasını, “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadı qüvvələri vasitəsilə Orta Şərq ölkələrinin, o cümlədən də İraq, Suriya, Livan, Yəmən və Bəhreynin daxili işlərinə qarışmaqda, bölgədə sabitliyi pozmaqda günahlandırırlar.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar