SON XƏBƏRLƏR

SEPAH körfəzdə neft tankerini ələ keçirib

2022.10.31, 09:30
SEPAH körfəzdə neft tankerini ələ keçirib

Gunaz.tv

Hörmüzqan əyalətinin məhkəmə sisteminin başçısı Müctəba Qəhrəmani İran körfəzində 11 milyon litr yanacaq daşıyan xarici neft tankerinin SEPAH-ın dəniz qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb.

O, neft tankerində olan yanacağın qaçaq olduğunu iddia edib və gəmi heyətinin bütün üzvlərinin həbs edildiyini deyib.

Oktyabrın 31-də İran mediasına açıqlama verən Qəhrəmani gəminin  hansı ölkəyə məxsus olduğu. həbs edilən heyətin sayı və başqa təfərrüatlar barədə məlumat verməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar