Kabilə endirilən raket zərbələrindən biri İran səfirliyinə dəyib

2020-11-21 13:15

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərinə raket zərbələri endirilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə məlumat yayan Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib ki, paytaxtın 4 bölgəsindən yaşayış məntəqələri istiqamətində atılmış 23 raket nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. 


Hələlik terror hücumuna görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 


İranın Kabildəki səfirliyi isə "Twitter"də yaydığı məlumatda raketlərdən birinin səfirliyin həyətinə düşdüyünü, qəlpələrin yayılması nəticəsində binaya, şüşələrə və digər təchizatlarda zərər dəydiyini bildirib. Hadisə nəticəsində səfirlik işçiləri arasında ölən və yaralanan olmayıb. 

 

DAHA ÇOX BAXIN

Zərif: “Talibanın Əfqanıstanın gələcəyində öz yeri olmalıdır”

İrana səfər edən Taliban terror təşkilatının nümayəndələri Cavad Zəriflə görüşüblər

Amerikanın məxfi sənədlərində İran-Taliban münasibətləri

Taliban Süleymaniyə görə Amerikanı təhdid etdi: "Nəticələrə qatlaşacaqsınız"


Qeyd etmək lazımdır ki, Əfqanıstan hökuməti ilə "Taliban" terror təşkilatı arasında son aylar Qətərdə aparılan sülh danışıqları ilə paralel olaraq "Taliban"ın hücumları intensiv xarakter alıb. Amerika Birləşmiş Ştatları və Əfqanıstan hökuməti "Taliban"ın bu yolla siyasi müzakirələr zamanı diktə etməyə çalışdığını deyirlər. 


Digər tərəfdən, "Taliban" terror təşkilatına silah və maddi yardım göstərən əsas ölkə İrandır. Dəfələrlə bu terror təşkilatına məxsus anbarlardan İran istehsalı olan silah- sursat tapılıb. Bundan başqa, ara- sıra "Taliban"ın rəhbər şəxsləri Tehrana səfər edərək, burada iranlı rəsmilərlə görüşlər keçirirlər. İranın rəhbər şəxslərinin də tez-tez "Talibana" dəstək məqsədilə etdikləri çağırışlar Əfqanıstan tərəfindən kəskin tənqid olunur. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02

gun az article

XİN Fransa Parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

2020-12-02

gun az article

Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq

2020-12-02

gun az article

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

2020-12-02

gun az article

Komissiya: Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və mülki şəxslərin hüquqları tam təmin edilib

2020-12-02

gun az article

Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis edilib

2020-12-02

gun az article

Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı təzyiqlərin artmasından nigaran qaldığını bildirib

2020-12-01

gun az article

İranda daha 382 nəfər koronavirusdan ölüb, 13 881 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2020-12-01

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

2020-12-01

gun az article

Paşinyanın Rusiya səfəri ləğv edildi

2020-12-01

gun az article

Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

2020-12-01

gun az article

İrəvanda etiraz aksiyası zamanı azı 30 nəfər saxlanılıb

2020-12-01

gun az article

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

2020-12-01