SON XƏBƏRLƏR

Kafe adının türkcə olduğuna görə möhürlənib – Qoşaçayda

2021.10.20, 07:36
Kafe adının türkcə olduğuna görə möhürlənib – Qoşaçayda

Gunaz.tv

GünAz TV: Qoşaçayda Qovax Kafesi adının türkcə olduğuna görə fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub.

 

Kafe İctimai Məkanlara Nəzarət İdarəsi (Əmakin) tərəfindən möhürlənib.

 

Kafenin müdiriyyəti qapının üzərinə bir kağız yapışdıraraq kafenin türkcə adına olan həssaslığa görə problem yarandığını, hələlik fəaliyyət göstərmədiyini yazıb.

 

Qovax Kafesinin nə zaman möhürləndiyi barədə məlumat yoxdur.

 

İranda yeni dünyaya gələn uşaqlar, mağazalar və şirkətlərə türk mənşəli adlar qoymaq olduqca çətin məsələyə çevrilib. Bunun səbəbi rejimin türk kimliyini fars və İran kimliyinə təhdid kimi görməsidir. Bir tərəfdən isə insanlar asimilə edilərək fars və ərəb adları seçməyə təşviq edilir. Türk dilində olan coğrafi məkanların adları da dəyişdirilərək fars sözləri ilə əvəzlənir. Bütün bunlar Azərbaycana qarşı həyata keçirilən asimilasyon siyasətinin tərkib hissəsidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar