Kanada: “İran sərnişin təyyarəsinin iki qara qutusunu dərhal təhvil verməlidir”

2020-01-20 13:59

GünazTV: Kanadanın xarici işlər naziri Fransua Filip Şampan yanvarın 19-da jurnalistlərə açıqlamasında İranda “Sepah” terror təşkilatının raketi ilə vurulan Ukraynanın sənişin təyyarəsinin qara qutularının bu günə qədər təhvil verilməməsindən danışıb.

 

Şampan deyib ki, o Omanın paytaxtı Məsqətdə iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşündə təyyarənin qara qutularının araşdırılması üçün dərhal təhvil verilməsini tələb edib: “Mən iranlı həmkarımla keçirdiyim görüşdə Kanadanın bu barədəki mövqeyini açıqlayaraq, təyyarənin hər iki qara qutusunun təcili olaraq ya Fransaya, ya da Ukraynaya təhvil verilməsini istəmişəm.

 

Hesab edirik ki, təyyarənin qara qutuları onun səs yazılarını oxumaq qabiliyyətinə və təcrübəsinə malik olan ölkələrdən birinə göndərilməli, bu məsələ şəffaf şəkildə araşdırılmalıdır” –deyə, Kanadanın xarici işlər naziri Fransua Filip Şampan əlavə edib.

 

Bundan əvvəl, Kanadanın baş naziri Castin Trüdo da rəsmi Tehrana təzyiq göstərərək, “Sepah”ın süquta uğratdığı sərnişin təyyarəsinin qara qutularının Fransaya təhvil verilməsini tələb edib.

 

İran isə göstərilən bütün təzyiqlərə baxmayaraq, müxtəlif bəhanələrlə təyyarənin qara qutularını təhvil verməkdən imtina edir, məsələni gecikdirir. İranın qara qutuları təhvil verməkdən boyun qaçırması isə beynəlxalq dairələrdə şübhələrin daha da artmasına səbəb olub. Belə bir fikir yayılır ki, İran qara qutuları təhvil verməkdən imtina etməklə əslində təyyarə qəzası ilə bağlı həqiqətin ifşa olunmasından qorxur, nəyisə gizlətməyə çalışır.

 

Bu arada, İran Aviasiya Təşkilatının təyyarə qəzalarının araşdırılması ilə bağlı idarəsinin baş direktoru Həsən Rzayifər yanvarın 19-da jurnalistlərə açıqlamasında Ukraynanın sərnişin təyyarəsinin qara qutularını hansısa bir ölkəyə göndərməyəcəklərini bir daha vurğulayıb: “Ukraynanın “Boeing 737” sərnişin təyyarəsinin qara qutuları İrandadır və bizim onları ikinci bir ölkəyə göndərmək üçün hər hansı bir plan və niyyətimiz yoxdur. Qara qutular hazırda İranın Aviasiya Təşkilatındadır və biz onları ölkə daxilində araşdırmağa çalışırıq” –deyə, İran Aviasiya Təşkilatının təyyarə qəzalarının araşdırılması ilə bağlı idarəsinin baş direktoru Həsən Rzayifər bəyan edib.

 

Həsən Rzayifər

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın atdığı 2 raketlə vurularaq yerə salınıb. Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 176 nəfər həyatını itirib. Təyyarədə ölənlərin 147 nəfəri İran vətəndaşları olub. Onlardan isə 63-ü həm İran, həm də Kanada vətəndaşları olublar. Qurbanlar arasında digər ölkələrin də vətəndaşları var. Bildirilir ki, hadisədə həyatını itirənlərin 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

 

Təyyarənin vurulması, “Sepah” terror təşkilatının Qasım Süleymaninin qisasını almaq məqsədilə İraqda Amerikanın hərbi bazalarına raket hücumundan bir neçə saat sonraya təsadüf edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06

gun az article

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

2020-08-06

gun az article

Mayk Pompeo: “Biz İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcəyik”

2020-08-06

gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05