SON XƏBƏRLƏR

Kanadada iranlı qadında koronavirusu aşkarlanıb- FOTO

2021.10.20, 07:36
Kanadada iranlı qadında koronavirusu aşkarlanıb- FOTO

Gunaz.tv

GünAz TV: Kanadanın Britaniya Kolumbiyası ştatının Səhiyyə İdarəsi bu ölkə sakini olan, təqribən 30 yaşlı iranlı qadında koronavirusu aşkarlandığı barədə məlumat yayıb.

 

Məlumata əsasən, həmin xanım ötən həftə İrandan Kanadaya qayıdıb. Səhiyyə İdarəsi bildirir ki, qadının uçduğu təyyarənin sərnişinləri, əlaqə saxladığı və gedib-gəldiyi məkanlarda kimlərinsə virusa yoluxub-yoluxmaması hazırda araşdırılır.

 

Kanadanın “CTV” Televiziyası isə sözügedən iranlı qadının yaxınlarının karantinə alındığı barədə məlumat yayıb. Televiziya bildirir ki, bu ana qədər Britaniya Kolumbiyası ştatında koronavirusa yoluxmaqla bağlı 6 hal aşkarlanıb.

 

Kanadanın Səhiyyə naziri Pati Haydu isə xəstəliklə bağlı insanlara müraciət edib:

 

“Əgər koronavirusa yoluxmaqla bağlı 1 təsdiqlənmiş fakt belə olan ölkədən qayıdırsınız və sağlamlıq vəziyyətiniz yaxşı deyilsə, heç kimlə əlaqə saxlamayın və tibb müəssisələrinə müraciət edin”, - deyə nazir ölkə vətəndaşlarına xitabən “Twitter” səhifəsində yazıb.

 

 

İranlı rəsmilər hələ ki, bu xəbərə reaksiya verməyiblər. Kanadaya gedən xanımın İranın hansı şəhərində koronavirusa yoluxduğu barədə məlumat yoxdur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar