SON XƏBƏRLƏR

Karluş Keyroş Sərdar Azmunun İran yığmasına qayıtmasını tələb edib

2021.10.20, 07:36
Karluş Keyroş Sərdar Azmunun İran yığmasına qayıtmasını tələb edib

Gunaz.tv

GünAz TV: Futbol üzrə İran milli komandasının baş məşqçisi Karluş Keyroş fars irqçilərinin təhqirləri ilə əlaqədar yığmadan uzaqlaşan türkmən futbolçu Sərdar Azmunun komandaya qayıtmasını istəyib.


Rusiyanın TASS informasiya agentliyinin yaydığı  məlumata görə, baş məşqçi Kazanın “Rubin” komandasının hücumçusu Sərdar Azmun və İran yığması məsullarının fikirinin dəyişəcəyinə və futbolçunun yenidən komandaya qayıdacağına ümid etdiyini bildirib.


“Rusiyada keçirilən futbol üzrə 2018-ci il Dünya Çempionatı başa çatdı. Ona görə də uzağı iki ay müddətində hisslərimizi cilovlamağı bacarmalıyıq. Vəziyyət yaxşı olmaya da bilər. Lakin mən Sərdar Azmunun milli komandadan getməsi ilə bağlı qərarına çox təəssüflənirəm. Yaxın gələcəkdə onunla söhbət edəcəm, ümid edirəm ki, o komandaya qayıdacaq”- deyə portuqaliyalı mütəxəssis deyib.


Ötən günlərdə Rusiyada keçirilən dünya çempionatında İran millisinin qələbəsi üçün var gücü ilə çalışan türkmən oyunçu Sərdar Azmun çəkdiyi zəhmətlərin qarşılığında təhqir olunmasına dözməyərək milli komandadan uzaqlaşmağa qərar verib.


İranın milli komandası dünya çempionatında İspaniya millisinə məğlub olduqdan sonra türkmən futbolçu fars irqçilərinin təhqirinə məruz qalmışdır. İyunun 20-də keçirilən yarışdan sonra sosial şəbəkələrdə S.Azmunun ünvanına təhqiramiz ifadələr yazılıb, bəzi irqçilər onun komandaya yararsız olduğunu qeyd ediblər. Bəziləri isə “Sərdar Azmun istisna olmaqla hamınıza afərin deyirik” deyə sözlər yazıblar.
 
Futbolçunu “axmaq türkmən” adlandıran irqçilər də tapılıb. Onlar “S.Azmunun İranın milli komandasına etdiyini, hətta moğollar belə İrana etməyib!” deyə postlar paylaşıblar.


İranda bütün fürsətlərdə türk milləti və onun mənsubları müxtəlif yollarla aşağılanır. Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə “Traxtur” komandasının yarışlarında Azərbaycan klubu və onun tərəfdarlarına qarşı səsləndirilən şüarlar fars irqçiliyinin bariz nümunəsidir. Belə təhqirlərə İranın kütləvi informasiya vasitələri, hətta bəzi dərsliklərində də rast gəlinir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar