SON XƏBƏRLƏR

keçmiş prezident Məhəmməd Xatəmi: sivil etirazların, təzyiq və zorakılıqlara etiraz edənlərin cavabı edam deyil

2021.10.20, 07:36
keçmiş prezident Məhəmməd Xatəmi: sivil etirazların, təzyiq və zorakılıqlara etiraz edənlərin cavabı edam deyil

Gunaz.tv
GünAzTv: İsalahatçi liderlərdən biri, nüfuzlu ruhani, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi növbəti olaraq İran hökümətini sərt tənqid edib. M.Xatəmi deyib ki, sivil etirazların, təzyiq və zorakılıqlara etiraz edənlərin cavabı edam deyil: “Bu yalnız indiki böhranı dərinləşdirə, insanların müəyyən çərçivələrdən çıxmasını gücləndirə bilər”. GÜNAZ.TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumatına görə Xatəmi belə vurğulayıb: “Görün ölkədə necə vəziyyət yaranıb. Bir tərəfdən dinc müxaliflərə qarşı təzyiqlər, zorakılıqlar və böhtanlar baş alıb gedir, digər tərəfdən də başqalarına qarşı zorakılıq edənlər, yalan və böhtan atanlar tam və mütləq azadlığa malikdirlər. İctimai problemləri təzyiq və zorakılıq yolu ilə həll etmək mümkün olmadığı kimi, mövcud vəziyyətə etiraz edən hər bir kəsi də çevrilişçi adlandırıb ona qarşı zorakılıq nümayiş etdirmək düzgün deyil. Hesab edirəm ki, şəxs lap çevrilişçi olsa da, onunla belə davranmaq olmaz”. İslahat tərəfdarlarının tələblərini açıqlayan M.Xatəmi dolayı yolla dini rəhbərə müraciət edib: “Bizim istəyimiz islamla yanaşı konstitusiyanın tamamilə icra olunmasıdır. Biz konstitusiya çərçivəsində mühüm yeri və rolu olan dini rəhbərin bütün ölkənin və bütün vətəndaşların rəhbəri olmasını istəyirik. Halbuki bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, rəhbər yalnız müəyyən bir qrup və siyasi qanadın rəhbəridir”. Xatəmi İrandakı “yaşıl hərəkat” rəhbərlərinin xalqa arxa çevirməsi barədə yayılan şayiələri rədd edib: “Bunlar xalqı ümidsiz etmək üçün yayılan əsasız və səhv təbliğat və təxribatdır. Bu belə deyil. Mən bildirirəm ki, bizim bir vaxt arzuladığımız islam və islam respublikası bu deyildi. Biz xalqın nəzarətində olmayan bir hakimiyyət arzulamamışdıq. Müasir dövrdə öz xalqlarına arxalanmayan hakimiyyətlər istər-istəməz gec-tez yabançılardan asılı vəziyyətə düşəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar