Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12 19:45

Güney azərbaycanlı sabiq siyasi məhbuslar milli fəal Abbas Lisani ilə bağlı paylaşımlar edib.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanın Zəngan şəhərindən olan keçmiş siyasi məhbus Səid Mətinpur və Ərdəbildən olan Əli Xeyrcu özlərinin "Twitter" və "İnstaqram" hesablarında Ərdəbil həbsxanasında bu gündən aclıq aksiyasına əl atan Abbas Lisani ilə bağlı xəbər və fotolar paylaşıblar.

Səid Mətinpur "Twitter" hesabında İran həbsxanalarında hökumətin siyasi məhbuslara qarşı təzyiqlərindən, pisixi və mənəvi işkəncələrindən söz açaraq, özünün yaşadığı təcrübələrdən bir neçə nümunə qeyd edib. 

O, siyasi məhbuslara qarşı edilən təzyiqlərə, həbsxana məsullarının göstərişi ilə təhlükəli məhkumların məqsədli şəkildə  onların kameralarına köçürülməsinə toxunaraq, Abbas Lisaninin buna qarşı çıxmasını öz növündə ilk adlandırıb.

Mətinpur Lisaninin son 20 ildə dəfələrlə həbs olunaraq təzyiqlərə məruz qaldığına işarə edərək, indiki hərəkəti ilə uzun illər siyasi dustaqlara qarşı davam edən bu işgəncə növünə qarşı çıxdığını, buna son vermək istədiyini vurğulayıb.

Əli Xeyrucu da “İnstaqram” hesabındakı paylaşımında Abbas Lisaninin adının milli mübarizədə Güney azərbaycanlıların, özəlliklə gənclərin ilhamverici amil olduğunu yazıb.

Xeyrcu Lisaninin mübarizəsini azərbaycanlıların sistemli şəkildə fəaliyyət göstərən fars şovinizminə qarşı yeni məna verdiyini qeyd edərək, onu dili dara çəkilmiş xalqın danışan dili, xalqın oyaq vicdanı adlandırıb.

Qeyd edək ki, Ərdəbil həbsxanasında 15 illik həbs cəzasını çəkən Abbas Lisani, həbsxana məsullarının ədalətsizliklərinə və siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq bu gün iyun ayının 12-dən aclıq aksiyasına başlayıb.

C.E 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30