SON XƏBƏRLƏR

Kəhrizək hadisəsinə görə 11 ildən sonra hakim Əli Əkbər Heydərifərd 18 ay həbsə məhkum edilib

2021.10.20, 07:36
Kəhrizək hadisəsinə görə 11 ildən sonra hakim Əli Əkbər Heydərifərd 18 ay həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin ardınca keçirilmiş etirazlar zamanı saxlanılanlardan 4-nün Kəhrizək həbsxanasında öldürülməsindən 11 il sonra hadisəyə görə təqsirkar bilinən 3 hakimdən biri- Əli Əkbər Heydərifərdə qarşı 18 ay həbs hökmü çıxarılıb.

 

Bununla belə, həmin həbsxanada öldürülənlərdən Möhsün Ruhuləmininin qisas cəzası üzrə vəkili Mirməcid Tahiri bildirib ki, hökm qəti olmadığından, onun detallarını yaymağa səlahiyyəti yoxdur.

 

Tehranın o zamankı Baş prokuroru Səid Murtuzavinin sağ əli adlandırılan Əli Əkbər Heydərifərd tutulanların Kəhrizəkə köçürülməsinə hökm verən hakim idi.

 

Cinayət işi üzrə şikayətçi Möhsün Ruhuləmininin atası Ədbülhüseyn Ruhuləminidir. Özü də orta ranklı rəsmi olan Ədbülhüseyn Ruhuləmininin 2009-cu ildə Səid Murtuzavi və bu cinayətdə əli olan 4 digər Məhkəmə Sistami rəsmilərindən məhkəməyə şikayət etmişdi.

 

2015-ci ildə Murtuzavinin Möhsün Ruhuləmininin öldürülməsi və bu xüsusda yalan hesabat vermək ittihamlarından bəraət aldığı barədə məlumatlar yayılmışdı. Lakin o, eləcə də digər hakimlər Əli Əkbər Heydərifərd və daha çox hakim Hüdad kimi tanınan Həsən Zarə Dehnəvi Məhkəmə Sistemində çalışmaqdan daimi, həmçinin dövlət qulluğundan isə 5 il müddətinə uzaqlaşdırılmışdılar.

 

Hazırda həbsxanada olan Əli Əkbər Heydərifərdə qarşı mənimsəmə, dövlət mülkiyyətindən qeyri-qanuni istifadə, rüşvət tələb etmə, odlu silahdan istifadə və digər bu kimi ittihamlarla açılmış digər bir cinayət işi üzrə 15 il həbs hökmü çıxarıldığı deyilir.

 

Xatırladaq ki, İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilmiş xalq etirazları zamanı onlarla insan təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü. Etirazlar əsnasında tutulan minlərlə insanın əksəriyyətinə isə uzun müddətli həbs cəzaları çıxarılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar