Kəlbəcərdə erməni təxribatı: "Sərhədi Çin səddi kimi möhkəmləndirmək lazımdır"-İlham İsmayıl

2021-06-05 12:25

Xəbər verildiyi kimi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi minaya düşüb. Tank əleyhinə minanın partlaması nəticəsində avtomobil sıradan çıxıb, 3 nəfər ölüb.  

Gunaz.tv Quote | Gunaz article

Hadisə zamanı şəhid olanlar Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev, AzTV-nin operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovdir. Hadisədə digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Dünəndən baş verən hadisələrlə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəzi versiyalara görə, avtomobil kənardan idarə olunan mina ilə partladılıb. Bir sıra “youtube” kanalları isə avtomobilin raketlə vurulduğunu iddia edib. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Günaz.TV-yə açıqlamasında bu versiyalara münasibət bildirib.

Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq" - İlham İsmayıl  (AÇIQLAMA) -

“Tank əleyhinə olan minalar dərində basdırılır, üstündən ağır maşınlar keçəndə işə düşür. Jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşüb. Başqa versiya yoxdur. Avtomobil raketlə vurulmayıb. Raket o dərəcədə gücə malik olmazdı. Yaxın məsafədən atılan elə bir raket də yoxdur. Uzaqdan raket atılsaydı, bizimkilər bunu bilərdi”.

İlham İsmayıl bildirib ki, erməniləri məqsədi azərbaycanlılarda qorxu mühiti yaratmaq, Qarabağa dinc qayıdışın qarşısını almaqdır: “Ötən il imzalanmış 10 noyabr sazişinə görə ermənilərə Kəlbəcəri tərk etmək üçün əlavə verilən vaxt ərzində onlar maksimum ziyan vurmağa çalışdılar. 

Ağacları belə kəsdilər. Ermənilərin bu cür təxribatlarının ancaq bir məqsədi var: azərbaycanlılarn ora qayıtmasını istəmirlər. Minanın guya son günlər basdırılması ilə bağlı versiya da ağla batan deyil. O minalar ermənilərə verilən əlavə 10 gün ərzində yerləşdirilib”.

İlham İsmayıl hesab edir ki, bundan sonra bu cür təxribatlara hazır olmaq lazımdır: “Kəlbəcərdə baş verən hadisədə mənim diqqətimi bir məsələ çəkdi. Orada hərbçilərin müşayiəti olmayıb. Mülki avtomobillər yalnız hərbçilərin müşayiəti və bələdçiliyi ilə hərəkət etməlidir. 

Bundan sonra hərbçilərin çızdığı marşrutdan kənara çıxmaq lazım deyil. Bu, bir neçə il davam etməlidir. Mülki insanların  öz istəklərinə uyğun marşrut seçməsi bu cür faciələrə gətirib çıxara bilər. Hərbçilərin nəzarəti olmalıdır. Üstəlik Ermənistanla sərhəd məsələsi dəqiq həllini tapmalıdır. 

Sərhəd möhkəmləndirilməlidir. Sərhədə nəinki tikanlı məftil çəkmək, lazım gəlsə onu Çin səddi kimi möhkəmləndirmək lazımdır. Yoxsa diversiya qrupları, kəşfiyyatçılar tez-tez bu cür hadisələri törədə bilərlər”.

Ayxan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ səfiri Moskvaya qayıdıb

2021-06-24

gun az article

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub

2021-06-24

gun az article

Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı

2021-06-24

gun az article

Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"

2021-06-24

gun az article

Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb

2021-06-24

gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24