SON XƏBƏRLƏR

Kepler: “İranın müştərisiz qalmış neft ehtiyatlarının miqdarı bu ilin yanvar ayında 100 milyon barelə çatıb”

2021.10.20, 07:36
Kepler: “İranın müştərisiz qalmış neft ehtiyatlarının miqdarı bu ilin yanvar ayında 100 milyon barelə çatıb”

Gunaz.tv

GünazTV: “İranın müştərisiz qalmış neft ehtiyatlarının miqdarı bu ilin yanvar ayında 100 milyon barelə çatıb”.

 

Bu barədə, Enerji Məlumatları və Tanker İzləmə Şirkəti “Kepler” fevralın 5-də “Azadlıq Radiosu”na məlumat verib.

 

Məlumatda bildirilir ki, bu ilin yanvar ayının sonuna qədər (ötən həftəyə qədər) İranın quruda müştərisiz qalmış neft ehtiyatlarının miqdarı 61.6 milyon barelə, körfəzin müxtəlif limanlarında lövbər salmış tankerlərdəki neftinin həcmi isə 38 milyon barelə çatıb.

 

İranın neft ixracatının Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalardan sonra kəskin azalıb. Sanksiyalardan əvvəl İranın gündəlik neft istehsalının həcmi 3.8 milyon barel təşkil edirdisə, hazırda bu rəqəm 2.1 milyon bareldən aşağı düşüb.

 

Beynəlxalq Energetika Agentliyinin bildirdiyinə görə, İranın hazırda gündəlik neft ixracatının həcmi 300 min bareldir.  

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar