SON XƏBƏRLƏR

Kərbəla və Nəcəfdə şiə etirazçılar Xamneyinin şəkillərini cıraraq, Bəsrədə İranın Baş Konsulluğuna hücum ediblər - VİDEOLAR

2021.10.20, 07:36
Kərbəla və Nəcəfdə şiə etirazçılar Xamneyinin şəkillərini cıraraq, Bəsrədə İranın Baş Konsulluğuna hücum ediblər - VİDEOLAR

Gunaz.tv

GünazTV: Bir həftəyə yaxındır İraqın şiələr yaşayan bölgələrində rejimə və onun İrana bağlı rəsmilərinə qarşı keçirilən kütləvi etirazlar səngimək bilmir.

 

İraqın zəngin neft ölkəsi olmasına baxmayaraq, ölkədə baş alıb gedən korrupsiyaya, yoxsulluğa və işsizliyə qarşı etiraz bildirən şiə iraqlıların İran İslam Respublikasına qarşı şüarlar səsləndirməsi davam edir.

 

Yayılan məlumatlara əsasən, oktyabrın 5-i və 6-da Bağdad, Kərbəla və Nəcəfdə keçirilən etirazlarda qəzəbli şiə gənclər İranın dini lideri Əli Xamneyinin bütün şəkillərini cırıb yandırıblar. İranın İraqın daxili işlərinə qarışmasına, “Sepah”ın “Qüds” briqadasının ölkədə yaradıb yönəltdiyi “Həşdəş-Şəbi” qruplaşmasının özbaşınalığına son qoyulmasını tələb edən iraqlı gənclər Bəsrədə İranın Baş Konsulluğunun binasına hücum edərək daşa basıblar. Etirazçılar həmçinin Baş Konsulluq binası üzərindəki İran bayrağını yerə endirərək, ayaqlar altına atıb tapdalayıblar.

 

Bildirilir ki, İraqın şiələr yaşayan şəhərlərində İran İslam Respublikasına və onun müdaxiləçi rəhbərlərinə qarşı etiraz şüarları və ölkədə anti-İran ab-havasının getdikcə genişlənməsi rəsmi Tehran üçün gözlənilməz olub. Belə ki, vəziyyətin islam respublikasına qarşı inkişaf etdiyindən çaşbaş qalan İran rəsmiləri hökumət tribunalarından bəyanatlar səsləndirərək, İraqda baş verən etirazları xarici düşmənlərin iki ölkənin dostluğuna qarşı planı kimi qiymətləndirirlər.

 

Yayılan son məlumata əsasən, İraqda baş verən etirazlarda İrana bağlı naməlum snayperlərin atəşi nəticəsində ən azı 110 nəfər ölüb, 6 min nəfərdən çox insan yaralanıb.

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar