SON XƏBƏRLƏR

Kərkük, Şimali İraqdakı yerli kürd idarəsinin hüdudlarına daxil edilib

2021.10.20, 07:36
Kərkük, Şimali İraqdakı yerli kürd idarəsinin hüdudlarına daxil edilib

Gunaz.tv
Parlamentdəki səsvermə ilə Konstitusiyaya daxil edilən bu məsələ iyulun 25-də referenduma çıxarılacaq Şimali İraqdakı yerli parlamentin təsdiq etdiyi yeni Konstitusiyaya görə Kərkük bölgəsi yerli kürd idarəsinə daxil edilib. ANS PRESS, “Haberler.com” saytına istinadən xəbər verir ki, parlamentdəki 111 millət vəkilindən 96-nın verdiyi səslə qəbul edilən Konstitusiya iyulun 25-də keçiriləcək bələdiyyə seçkiləri ilə eyni vaxtda referenduma çıxarılacaq. Yeni Konstitusiyaya görə, Kərküklə birlikdə Ninneveh və Diyala əyalətləri də yerli idarənin hüdudlarına daxil edilib. Qeyd edək ki, İraqdakı mübahisəli ərazilər barədə məruzə hazırlayan və bunu apreldə Bağdad rəsmilərinə təqdim edən BMT, bu məruzədə Kərkük məsələsində hamının qəbul edəcəyi həll yolu təklif etmişdi. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar