SON XƏBƏRLƏR

İki amerikalı senator İranın nüvə və raket imkanlarına nəzarət üçün layihə təqdim edib

2022.07.21, 05:37
İki amerikalı senator İranın nüvə və raket imkanlarına nəzarət üçün layihə təqdim edib

Gunaz.tv

Senatorlar Dövlət Departamentinin rəhbərliyi altında İranın fəaliyyətinə nəzarət etmək və Amerika konqresində müvafiq komitələrə hesabat vermək üçün birgə fəaliyyət qrupunun yaradılmasını təklif ediblər. 

Bu hesabatlarda silahlar, ballistik raket fəaliyyəti, İranın gizli nüvə fəaliyyətləri və s. sahələrdə həssas tapıntılar yer alacaq.

Bundan əlavə, plan həmçinin Amerika dövlət katibinin İranın nüvə və raket silahları fəaliyyətləri ilə bağlı Amerika tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıq üçün illik diplomatik strategiya təqdim etməsini tələb edir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar