SON XƏBƏRLƏR

İranda iki yeniyetmə etnik bəluç edam edilə bilər

2022.12.02, 03:49
İranda iki yeniyetmə etnik bəluç edam edilə bilər

Gunaz.tv

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin həbsxanasında saxlanılan 16 və 17 yaşlı Əli və Məhəmməd Rəxşaniyə qarşı ağır ittiham irəli sürüldüyü bildirilir.

Bəluç Fəalların Kampanyasının verdiyi xəbərə görə, Zahidan məhkəməsi yeniyetmələrə barədə "müharibə" hökmünün çıxarıldığını onların vəkili Əli Kərimiyə bildirilsə də, hökmün təfərrüatı barədə heç bir açıqlama verilməyib.

İrəli sürülən ittiham İran qanunlarına görə ən ağır cəza olan edamla nəticələndiyi üçün yeniyetmə bəluçların asılacaqları təhlükəsi yüksəkdir.

Məlumatda 64 gün öncə saxlanılan Əli və Məhəmməd Rəxşaniyə ailələri ilə görüşmək və danışmaq icazəsi verilmir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar