SON XƏBƏRLƏR

Ekoloji çirklilik Təbrizdə məktəblərin bağlanmasına səbəb oldu

2021.12.29, 08:20
Ekoloji çirklilik Təbrizdə məktəblərin bağlanmasına səbəb oldu

Gunaz.tv

Qeyd edək ki, uzun müddətdir davam edən və bir çox müzakirələrə, xəbərdarlıqlara baxmayaraq problemin aardan qaldırılması üçün heç bir tədbir görülmür.

Məsələ ilə bağlı dekabrın 28-i gecə saatlarında Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzi bildiriş yayıb. Bildirişdə havanın çirklilik göstəricisinin yüksək və əksər yaş qrupları üçün riskli olduğu qeyd edilib. Növbəti bildirişə qədər məktəblərin bağlanması haqqında qərar çıxarıldığı bildirilib.

Qeyd edək ki, dekabrın 29-də Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizə İdarəsinin verdiyi məlumatda Təbrizdə hava çirkliliyinin təhlükəli həddə oldğu bildirilib. Qeyd olunub ki, ekoloji çirkliliyin 156-dan yuxarı olması bütün yaş qrupları üçün təhlükəlidir.

Şəhərin hava çirkliliyinin əsas amili istilik elektrik stansiyasında mazutdan istifadə edilməsi ilə yanaşı sənaye şəhərciklərində filtrizasiya sistemlərinin quraşdırılmaması və istifadəyə yararsız nəqliyyat vasitələrinin çoxluğudur. 

Qeyd edək ki, Təbrizdə istilik elektrik stansiyasının havanın çirklənməsində əsas rol oynayır.

Bununla bağlı bir sıra yerli məsulların, millət vəkillərinin dəfələrlə məsələ qaldırmasına baxmayaraq, qısa müddətli fasilədən sonra stansiyaya qaz verilişi dayandırılıb və yenidən mazutdan istifadəyə başlanılıb.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar