Kinomuzda Güney Azərbaycan mövzusu: "Şanlı tariximiz ekranlaşdırılmalıdır"

2021-03-17 13:39

Tarixi romanlarda, rəssamlıq əsərlərində və bədii filmlərdə Azərbaycanın bütövlüyü mövzusu hər zaman aktual olub

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Sovet imperiyasının tərkibində olanda belə  azərbaycanlı rəssamlar, yazıçılar, rejissorlar bu mövzuya toxunublar. 1985-ci ildə Süleyman Rüstəm və Əhmədağa Muğanlının ssenarisi ilə görkəmli sənətkar Həsənağa Turabov və Əbdül Mahmudbəylinin (Şeyx Əbdül) quruluş verdiyi "Qanlı zəmi" (Atları yəhərləyin" filmi çəkildi. Filmin personajlarının dili ilə Azərbaycan parçalanması faktı qabardılırdı. Məsələn, filmdə belə bir epizod var. Qaçaq Nəbi kəndlilərə zülm edən yerli feodalları cəzalandırmaq üçün Arazın o tayına keçir. 

Doğma sahillər (film, 1989) — Vikipediya

Qacar şahının əmri ilə  kəndlilərin yurdlarını dağıdan məmur Qaçaq Nəbiyə ironiya ilə "Arazın o tayının dərdi sənə azlıq edir ki, bu taya da keçmisən" deyir. Qaçaq Nəbinin şah məmuruna verdiyi möhtəşəm cavab bu gün də xalqın dilində aforizmə çevrilib:  "Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdı. Bunu sırğa elə, as qulağından".  Bədii filmlərimizdə bu cür replikalar milli şüurda "parçalanmış vətən", "Araz çayının iki yerə böldüyü Azərbaycan" fikrini formalaşdırır. 1985-ci ildə yenə Şeyx Əbdülün çəkdiyi "Doğma sahillər" filiminin əsas mövzusu Güney Azərbaycandır. Sovet dövründə bu cür milli ruhlu filmlər çəkilsə də, müstəqillik illərində ana xətti Güney mövzusu olan ekran əsərlərimiz demək olar ki, yoxdur. 

“Tarixi mövzulara diqqət ayrılmalıdır”

Günaz.tv-yə açıqlamasında tanınmış resjissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli deyib ki, bütöv Azərbaycan mövzusunda sanballı filmlər çəkilməlidir: "Mən o zaman, 15 il qabaq özəl kanalların birində "Qan yaddaşı" adlı bir film çəkdim. Ancaq layihəni yarımçıq saxladılar. Dedilər ki, ermənilər narazılıq edir. Deyirlər ki, bizi təhqir edirlər. Halbuki mən təhqir etmirdim. Film tarixi sənədlər əsasında çəkilmişdi. Herodotdan üzü bəri, hətta erməni tarixçilərinin əsərlərindən istifadə etmişdim. Erməni müəllifləri özləri özlərini ifşa edirdilər. 

Şeyx Əbdül məşhur filmlə bağlı şok faktı açdı

Arxiv sənədləridən istifadə edərək erməni yalanlarını ifşa etmişdik. İndiki dövrdə bütövlük, Azərbaycanı birləşdirmiş tarixi şəxsiyyətlər mövzusu diqqət mərkəzinə gəlməlidir. Efiri heç bir bədii, estetik səviyyəsi olmayan "filmlər", "seriallar" başına götürüb. O cür "filmlərə" pul ayrılınca milli məsələlərə, tarixi mövzulara diqqət ayrılmalıdır. Bu kino, rejissorluq sənəti konveyerdir ki, elə kimi adamı varsa film çəksin? Dəfələrlə demişəm ki, ay sponsorlar, xalqın əxlaqına zidd layihələri dəstəkləməyin. Milli məsələ ilə bağlı layihələri dəstəkləyin. 

Biz kiməsə böhtan atmırdıq ki, tarixi sənədlər əsasında film çəkirdik. O vaxt məndə Azərbaycanın bölünməsi prosesində iştirak etmiş rus yazıçısı Aleksandr Qriboyedovun çar Aleksandra yazdığı məktubu var. Bilirsiniz ki, Qriboyedov ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas ideya müəlliflərindən biri idi. Sonra elə ermənilər onu Tehranda öldürdülər. Qriboyedov çara yazır ki, Pyotrun vəsiyyətinə əməl edir, erməniləri Arazın o tayından, Türkiyədən, Suriyadan köçürüb gətiririk. O layihədə erməni tarixçilərinə, ideoloqlarına sual edirdim: Bəs burada erməni var idisə, niyə gedib Türkiyədən, Suriyadan köçürürdülər? Ermənilərin Qarabağa ermənilərin köçürülməsinin 150 illiyi ilə abidə qoymuşdular. Bu gün ermənilər Qarabağın adını dəyişib Arsak deyirlər. Guya bu erməni adıdıdr ki? Bu da türk-alban mənşəli addır. Bunları danışmaq, yazmaq, çəkmək lazımdır. 

Azərbaycanı birləşdirməyə gəlmiş Ağa Məhəmməd şah Qacarı az qalmışıq "vətən xaini", "düşmən" elan edək. Nadir şahı xalqın çoxu tanımır. Bunları çəkmək lazımdır. Mənim yaşımın o çağı deyil. Gənclər işləməlidir bunu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində bu məsələyə böyük önəm verir. Şanlı türk  tarixini ekranlaşdırırlar. O filmlər bütün türk-islam dünyası baxır. Gənclər hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsində böyük rolu var. Ərdoğan bir təşəbbüslə çıxış edib ki, Qarabağ müharibəsi ilə bağlı film çəkilsin. Fikrimcə yaxşı təşəbbüsdür. Bunu reallaşdırmaq lazımdır".

“Qarabağ savaşını ekranlaşdırmaq lazımdır”

Şeyx Əbdül hesab edir ki, Müzəffər ordumuzun qələbəsi ilə bitən ikinci Qarabağ savaşını ekranlaşdırmaq lazımdır: "Müharibənin faciəsi ölüm deyil. Tarix boyu bütün müharibələrdə hərbçilər şəhid olub, yaralanıb, sağlamlığlını itirib. Qarabağ azad edən, Şuşanı işğaldan qurtaran şəhidlərin ruhu müqəddəsdir bizim üçün. Onlar qəhrəmandır. Amma müharibənin vurduğu ən böyük yara insan taleyinin dəyişməsi, məhv olmasıdır.  Müharibənin yaratdığı psixoloji sarsıntılar açılmalı, fəsadlar işlənməlidir.

Kino qalan şeydi. Əzəlidir, tarixdir. Televiziya verilişi qalmır.  Kinonun əsası ədəbi materialdan başlanır. Heç kimə güzəşt olmadan komissiya yaradılmalıdır. O komissiyada kino xadimləri, yazıçılar, peşəkar ssenaristlər təmsil olunmalıdır.  Mütləq müsabiqə elan olunmalı, ən yaxşı ssenari seçilməli, onun əsasında film çəkilməlidir. Hərbçilərimiz qəhrəmanlıq göstərdi, dağlara çıxıb Şuşanı aldılar. Bəs biz nə edirik?"  

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17