Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16 10:24

Məzuniyyət müddəti bitmiş Güney azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslani həbsxanaya geri dönüb.

Gunaz.tv Quote | Gunaz article

O, mayın 15-i axşam saatlarında Tehranın Evin həbsxanasına geri qayıdıb.

Kiyanuş Aslani aprelin 21-də 350 milyon tümənlik girov qarşılığında məzuniyyətə buraxılmışdı.

K.Aslani və Tohid Əmir Əmini məzuniyyətə buraxıldıqdan sonra bir qrup azərbaycanlı fəal onlarla görüş keçirmişdilər.

Fəallarla görüşdə K.Aslani  milli mübarizənin davam eədəcyini bildirmişdi.

"Bütün şəraitlərdə, hətta uzunmüddətli həbslər zamanı belə vaxtımızdan daha səmərəli istifadə edib oxumaq, yazmaq və araşdırmaqla özümüzü və məsələmizi inkişaf etdirməliyik"-deyə, o bildirmişdi.

Əmir Əmini və Aslani Tehranın İnqilab Məhkəməsinin 26 saylı şöbəsində "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq"da, "rejimə qarşı təbliğat aparmaq"da ittiham edilib.
Birinci ittihama görə Əmir Əmini 7 il yarım, Aslani isə 5 il həbs cəzasına məhkum olunub.
 
İkinci ittihama görə isə, Tohid Əmir Əmini 18 ay həbs cəzasına məhkum edilib.

Hakim Zərgərinin başçılığı ilə Appelyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən məhkəmə prosesində Əmir Əmini "rejimə qarşı təbliğat aparmaq" ittihamından bəraət alıb. Bununla da iki milli milli-mədəni fəal ümumilikdə 12 il həbs cəzasına məhkum edilib.
 
Keçən ay Evin həbsxanasının 8-ci bölməsində saxlanılan siyasi məhbusun cəzası 20 aprel 2020-ci ildə təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən 5 ilə endirilib. Qeyd edək ki, onun 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edilib.
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15