SON XƏBƏRLƏR

Kiyanuş Cahanpur: “Koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb”

2021.10.20, 07:36
Kiyanuş Cahanpur: “Koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb”

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 1-də jurnalistlərlə görüşündə koronavirus qurbanlarının yeni statistikası barədə  açıqlama verib.

 

O bildirib ki, ölkədə koronavirusdan daha 11 nəfər həyatını itirib, bir sutkada daha 385 nəfərin isə virusa yoluxduğu aşkarlanıb: “Bununla da virusdan ölənlərin sayı 54-ə, yoluxanların sayı isə 978 nəfərə yüksəlib.

 

Virusa yenicə yoluxanların isə 170-i Tehran əyalətində, 44-ü Mərkəzi əyalətdə, 31-i Əlbürz, 30-u Qum, 28-i Gilan, 17-si Rəzəvi Xorasan, 13-ü İsfahan, 11-i Mazandaran, 9-u Xuzistan, 8-i Loristan, 8-i Fars, 6-sı Simnan və Həmədan, 8-i Kirmanşah, Cənubi Xorasan, Hormozqan və Kirman, 2-si isə İlam və Sistan-Bəlucistan əyalətlərində qeydə alınıb.

 

 Xatırladaq ki, fevralın 28-də İranın tibb mərkəzlərindən virus qurbanlarının dəhşətli sayı barədə BBC-yə xəbər sızdırılıb. Xəbərdə bildirilir ki, fevralın 27-ə qədər İranda virusdan ölənlərin sayı 210 nəfəri ötüb.

 

Həmin gün, Tehran şəhər şurasının sağlamlıq komitəsinin sədri Nahid Xuda Kərəmi jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının sayının rəsmi mənbələrdən elan edilən statistik rəqəmlərdən qat-qat çox olduğunu bəyan edib: “Təxmin edilir ki, hazırda İranda ən azı 10-15 min nəfər virusa yoluxub” -deyə, Tehran şəhər şurasının sağlamlıq komitəsinin sədri Nahid Xuda Kərəmi əlavə edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə virusdan ölənlərin sayının 54-ə, yoluxanların isə 878 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən qeyri-rəsmi mənbələr virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar