SON XƏBƏRLƏR

Klinton geri çəkildi

2021.10.20, 07:36
Klinton geri çəkildi

Gunaz.tv
Klinton geri çəkildi ABŞ-ın sabiq birinci ledisi Hillari Klinton noyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. O, Demokrat Partiyanın ölkədə keçirdiyi praymerizlərdə (ilkin seçkilər, - red) rəqibi, qaradərili senator Barak Obamanın topladıdığı nümayəndə səsləri baxımından daha üstün nəticə göstərdiyi ilə barışıb və seçki marafonunda mübarizəsini dayandırıb. Onun bu gün qərarını Nyu-Yorkdakı seçki qərargahının əməkdaşları və tərəfdaşları ilə görüşündə rəsmən açıqlayacağı gözlənilir. H.Klinton Demokrat Partiyasının rəhbərliyindəki şəxslərlə görüşündən sonra mübarizədən geri çəkilməyə razılıq verib. İyunun 3-də ABŞ-da Demokrat Partiyasının son praymerizləri olan Montana və Cənubi Dakotadakı ilkin seçkilərin nəticələri açıqlanandan sonra Hillari Klintonun rəqibi Barak Obamaya məğlub olduğu artıq bəlli idi. Klintonun geri çəkilməməsi və məğlubiyyətlə barışmaması isə prezident seçkilərində Demokrat Partiyasının mövqelərini xeyli zəiflədə bilərdi. Bu gün H.Klintonun öz tərəfdarlarını Barak Obamanı dəstəkləməyə və ona səs verməyə çağıracağı da bildirilir. ----------------------------------------------------------------------------- Dünyanın ən zəhmətkeş milyarderi ABŞ-ın "Microsoft" korporasiyasının baş direktoru Stiv Balmer dünyada ən zəhmətkeş və qeyri-adi milyarderdir. Dünyanın zəhmətkeş milyarderlərinin reytinqini tərtib etmiş "The Forbes" jurnalı bu fikirdədir. 80 mindən artıq əməkdaşı olan korporasiyaya rəhbərlik edən Balmerin çalışdığı "Microsoft"un gəliri $51 milyarddan artıqdır. "Forbes"in ənənəvi "Dünyanın ən varlı adamları" reytinqində 43-cü yeri tutan Balmerin sərvəti $15 milyardı keçib. O "Google"nin lider mövqe tutduğu İnternet axtarışı və reklamı bazarında "Microsoft"un mövqelərini gücləndirmək üçün "Yahoo!" axtarış portalını satın almağa çalışır, yeni "Microsoft Windows Vista" əməliyyat sistemin populyarlaşması istiqamətində işləri intensivləşdirir. Bütün bunlara rəğmən, Balmer gördüyü işlərə görə populyar olmayıb. O, çıxış edərkən davranışıına görə "meymun oğlan" (monkey boy) ləqəbi ilə tanınır. Belə ki, Stiv Balmer dünyanın ən məşhur milyarderləri və baş direktorları arasında yeganə adamdır ki, çıxış edəndə səhnədə o tərəf-bu tərəfə yüyürür, ayaqlarını yerə döyür, barırır, yerində oynayır, ya da əl çalaraq proqram barədə rep deyir. Balmerin "Microsoft" barədə atəşin nitqlərinin dünyada milyonlarla fanatı var. Dünyanın ən zəhmətkeş milyarderlərini seçərkən "Forbes" 1125 namizədi nəzərdən keçirib. Lakin onların hamısı emosionallıq və zəhmətkeşlik baxımından Balmerdən xeyli geri qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar