SON XƏBƏRLƏR

Klinton Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etdi

2021.10.20, 07:36
Klinton Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etdi

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyət müzakirə edilir. Şura üzvlərinin müzakirəsinə Ərəb Dövlətləri Liqasının (Birliyi) planına əsaslanan qətnamə layihəsi çıxarılıb.

Layihə Təhlükəsizlik Şurasına Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi və Qətərin baş naziri şey Həməd əl-Tani tərəfindən təqdim olunub.

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton iclasdakı çıxışında Suriyada vətəndaş müharibəsinə çevrilmək təhlükəsi olan zorakılığı dayandırmaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb. O, bu ölkədə axıdılan qanların məsuliyyətini Bəşər Əsəd başda olmaqla hakimiyyətin daşıdığını bəyan edib. Bununla belə, Hillari Klinton qətnamənin qəbulunun Liviya (Libi)  ssenarisinə - münaqişəyə xarici silahlı müdaxiləyə gətirib çıxaracağı barədə iddiaları təkzib edib. Qeyd edək ki, bu iddia ilə qətnamənin qəbulunun əleyhinə çıxan rusiyalı diplomatlar çıxış etmişdilər.

 Ərəb Dövlətləri Liqasının planı Bəşər Əsədin istefasını, səlahiyyətlərin vitse-prezidentə (prezident müavini) verilməsini və müxalifətin iştirakı ilə yeni hökumətin formalaşdırılmasını nəzərdə tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar