SON XƏBƏRLƏR

Havanın çirkliliyi səbəbindən Tehranda məktəblər bağlandı

2022.05.09, 08:59
Havanın çirkliliyi səbəbindən Tehranda məktəblər bağlandı

Gunaz.tv

Lakin nazirliyin plansız fəaliyyəti valideynlərin etirazlarına səbəb olub.

İranın Meteorologiya Təşkilatının yaydığı məlumata görə, ayın 8-dən etibarən Tehranda hava çirkliliyinin səviyyəsi təhlükəli səviyyəyə çatıb.

Təşkilat ekoloji problemlə bağlı yaydığı məlumatda bütün yaş qruplarından olan vətəndaşlara xəbərdarlıq edərək onlardan açıq havaya çıxmamağı istəyib.

Bir çox şagirdin məktəblərə getməsindən sonra İranın Təhsil Nazirliyinin məktəblərin tətil olması barədə elan verməsi valideynlərin narazılığına səbəb olub.

Onlar Təhsil Nazirliyini plansız fəaliyyətdə günahlandırıb və nazirliyin  Meteorologiya Təşkilatının məlumatına vaxtında reaksiya verməməsini uşaqların həyatına laqeydlik kimi dəyərləndiriblər.

Qeyd edək ki, son günlər başda Xuzistan əyaləti olmaqla İranın bir çox bölgələrində yüksək səviyyəli hava çirkliliyi həyatı iflic edib, məktəblərin, dövlət idarələrinin bağlanmasına səbəb olub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar