SON XƏBƏRLƏR

“Kömür” filminin ekrana çıxarılmasından əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə bağışlanıb – VİDEO

2021.10.20, 07:36
“Kömür” filminin ekrana çıxarılmasından əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə bağışlanıb – VİDEO

Gunaz.tv

GünAz TV: Çərşənbə günü türk dilində hazırlanan “Kömür” filmi Urmiya və Təbriz şəhərlərində ekrana çıxarıldı.


Hər iki kinoteatr tamaşaçılarla dolub. Bildirilir ki, bilet satışından əldə olunan gəlir Miyana və Sarab məntəqələrində baş verən zəlzələdən zərərçəkənlərə bağışlanıb.


Tanınmış rejissor İsmayıl Münsifin çəkdiyi “Kömür” filmi Urmiya və Təbriz şəhərlərində çox böyük rəğbətlə qarşılanıb.

Təbrizdə filmin ekrana çıxarılmasından əldə olunan gəlir “Rəhmət Övladlarının Xeyriyyəsi Mərkəzi” tərəfindən zəlzələdən zərərçəkənlərə xərclənəcək.


https://www.youtube.com/watch?time_continue=15&v=uwAziUT3yxs&feature=emb_logo


Qeyd edək ki, “Kömür” filmi Güney Azərbaycan və Fransanın müştərək məhsuludur. Güneylı aktyorların rol aldığı film Astara şəhərində çəkilib.

 

“Kömür” filmi bundan əvvəl İranda keçirilən Fəcr Film Festivalında qərəzli münasibətlər və ayrı-seçkiliyə məruz qalmışdır.
İsmayıl Münsif may ayında İnstqaram səhifəsində paylaşdığı bir postda festival məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənmişdir.

 

Güney azərbaycanlı mədəni fəallar sosial şəbəkələrdə dəfələrlə soydaşlarımızı türk dilində çəkilən “Kömür” filminə dəstək verməyə çağırıblar.


https://www.youtube.com/watch?time_continue=17&v=38vJfeHWZ9s&feature=emb_logo


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar