SON XƏBƏRLƏR

Koronavirus böhranı günlərində meşə ağaclarının kəsilməsi davam edir – Güney Azərbaycanda / VİDEO - GÖRÜNTÜ

2021.10.20, 07:36
Koronavirus böhranı günlərində meşə ağaclarının kəsilməsi davam edir – Güney Azərbaycanda / VİDEO - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.

 

Bu vəziyyət bölgədə koronavirus böhranı hökm sürdüyü günlərdə də davam edir.

 

Son məlumata görə, Güney Azərbaycanın Xoy, Təbriz, Parsabad və Binab şəhərlərində meşə ağacları kütləvi şəkildə kəsilərək digər əyalətlərə daşınır.

 

Şahidlərin dediyinə görə, Xoyda hər gün aşağıdakı videoda görünən ərazidən 5-6 yük maşını ağac daşınır.

 

https://www.youtube.com/watch?time_continue=11&v=_DBWfV46Uhw&feature=emb_logo

 

Təbriz şəhərində də eyni vəziyyətdir. Məsullar özbaşınalığa yol verərək Təbriz Parkının Negin Kompleksindəki ağacları kəsdirərərk ərazidən çıxarır.

 

Negin Kompleksinin rəyasət heyətinin üzvləri iddia edir ki, bu şəxsi mülkiyyət məsələsidir, ağacların kəsilməsinə heç bir orqan müdaxilə edə bilməz.

 

Qeyd edək ki, Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyac var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur.

 

Ərdəbil Əyalətinin Parsabad şəhərində ağacların kütləvi şəkildə məhv eilməsi:

https://www.youtube.com/watch?time_continue=3&v=YJiLUyyYDFM&feature=emb_logo

 

 

Dünən Urmu gölü üzərindəki körpüdə görünən ağac yükü:

 

 

 

Şərqi Azərbaycan Əyalətində yerləşən Binab şəhərinin Besət otobanı:

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar