SON XƏBƏRLƏR

Koronavirus böhranı və İran mediasında türklərin əleyhinə işlədilən aşağılayıcı sözlər

2021.10.20, 07:36
Koronavirus böhranı və İran mediasında türklərin əleyhinə işlədilən aşağılayıcı sözlər

Gunaz.tv

GünAz TV: İranın rəsmi xəbər agentlikləri koronavirus böhranı ilə bağlı yaydıqları xəbərlərdə irqçiliyə yol verərək türklərin əleyhinə xoşagəlməz ifadələr işlədirlər.

 

Anti-türk mövqedən irəli gələn və son vaxtlar xəbərlərdə çox istifadə olunan aşağılayıcı ifadələrdən biri “torktazi” sözüdür.

 

“Torktazi” sözü dilçilik nöqteyi-nəzərindən fərqli mənalar daşıya bilər. Lakin irqçiliyə dəlalət edən bu söz hər zaman türk millətinə qarşı aşağılayıcı bir ifadə kimi qəbul olunub. İrqçilərin nifrət ədəbiyyatını göstərən “Torktazi” sözü əsasən “vəhşicəsinə hücum”, “talançılıq” və s. kimi məna olunur.

 

Martın 31-də “Sepah”a bağlı “Fars” xəbər agentliyi rəsmi Twitter səhifəsində bu ifadədən istifadə edərək koronavirusun dünyanı bürüdüyünü yazmışdır. Lakin bu xəbər bir neçə saat sonra səhifədən silinib.

 

İran dövlətinin rəsmi xəbər agentliyi olan “İrna” da ötən günlərdə “korona dünyanı bürüdüyü vaxtda mediaya daha çox ehtiyac yaranır” xəbər başlığında bu aşağılayıcı sözə yer vermişdir.

 

İranda türk millətinin təhqir olunması yeni hadisə deyil. Təhqir faktlarına ölkənin mediası, stadionlar, dərsliklər və hətta dini mərkəzlər kimi yerlərdə rast gəlinir. Sistemli şəkildə həyata keçirilən təhqiramiz hərəkətlər hər zaman Güney Azərbaycan türklərinin etirazına səbəb olub. Lakin təəssüflər olsun ki, bu istiqamətdə hər hansı dəyişiklik yoxdur.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar