SON XƏBƏRLƏR

Koronavirus Ərdəbil həbsxanasında; İki məhbus xəstəxanalıq oldu

2021.10.20, 07:36
Koronavirus Ərdəbil həbsxanasında; İki məhbus xəstəxanalıq oldu

Gunaz.tv

GünAz TV: Ərdəbil həbsxanasının 1-ci korpusunda koronavirusun yayıldığı, bu səbəbdən iki məhbusun xəstəxanalıq olduğu barədə xəbər yayılıb.

 

Son məlumata görə, bazar günü koronavirus əlamətləri görünən iki məhbus ambulansla İmam Xəstəxanasına aparılıb. Həbsxanadaykən onlardan birinin vəziyyəti ağırlaşıb.

 

Məhbuslar xəstəxanaya aparıldıqdan sonra bütün korpus dezinfeksiya edilib. Məhbuslara korpusdan çıxmağa, eləcədə kimsənin həmin bölümə daxil olmasına icazə verilmir. Artıq 1-ci korpus karantinə alınıb. Bundan əvvəl həbsxananın “Səlamət” bölümü də koronavirusa görə karantinə alınmışdır.

 

Ərdəbil həbsxanasında saxlanılan güney azərbaycanlı fəallardan Rəhim Qulami 4 gün əvvəl məzuniyyətə buraxılıb. Lakin digər milli-mədəni fəallar Abbas Lisani və Yusif Kari hələ də həbsxananın 7-ci bölümündə saxlanılır.

 

İran həbsxanalarında koronavirus epidemiyası baş qaldırdıqdan sonra məhbusların taleyi ilə bağlı nigaranlıqlar artıb. Cəmiyyəti təmsil edən müxtəlif qurumlar siyasi məhbuslar və adi ittihamlara görə həbs edilən təhlükəsiz məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar