SON XƏBƏRLƏR

Koronavirus həbsxanalarda: Güney azərbaycanlı fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021.10.20, 07:36
Koronavirus həbsxanalarda: Güney azərbaycanlı fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

Gunaz.tv

GünAz TV: Bir ildən çoxdur həbsdə olan güney azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslani martın 11-də günortadan sonra Tehranın Evin zindanından məzuniyyətə buraxılıb.

 

Fəal 800 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra müvəqqəti olaraq azad edilib.

 

Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

 

Tövhid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib. İkinci ittihamdan bəraət qazanan Kiyanuş Aslani isə birinci ittihama görə 5 il azadlıqdan məhrum edilib.

 

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

 

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar toplam olaraq 12 il yarım azadlıqdan məhrum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar