SON XƏBƏRLƏR

Koronavirus infeksiyası Urmiya həbsxanasını bürüyüb, məhbusların həyatı təhlükə altındadır

2021.10.20, 07:36
Koronavirus infeksiyası Urmiya həbsxanasını bürüyüb, məhbusların həyatı təhlükə altındadır

Gunaz.tv

GünAz TV: Müxtəlif etibarı mənbələr Urmiyanın Mərkəzi Həbsxanasında koronavirus infeksiyasının geniş yayıldığını bildirir.

 

Məlumata görə, ötən günlərdə COVID-19 infeksiyası aşkar edilmiş bir məhbusun aparıldığı xəstəxanada öldüyü qeyd olunur.

 

Deyilənlərə görə, həbsxana məsulları bazar günü virusa yoluxmuş 24 məhbusun səhhəti ağırlaşdığı üçün onları  şəhərin xəstəxanasına aparmağa məcbur olublar. Bu vəziyyətə baxmayaraq həbsxanada heç bir önləyici tədbir həyata keçirilmir, məhbuslar təhlükə altında saxlanılır.

 

Aprelin 12-də virusa yoluxmuş 4 məhbus həbsxanadan xəstəxanaya aparılıb, onlardan Ənvər Baqirzadə adlı birinin həyatını qurtarmaq mümkün olmayıb, o xəstəxanada vəfat edib.

 

Xəstəxanaya aparılan məhbusların Urmiya həbsxanasının 3 və 4-cü bölümlərində saxlandığı bildirirlir, bu bölümlərdə 500 nəfər məhbus həyatı yaşayır.

 

İran həbsxanmalarında koronavirus infeksiyasının geniş yayılmasına dair bir çox fakt var. Lakin hökumət rəsmiləri danılmaz həqiqəti inkar etməyə davam edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar