SON XƏBƏRLƏR

Koronavirus səbəbindən Tehran Beynəlxalq Kitab Sərgisi təxirə düşüb

2021.10.20, 07:36
Koronavirus səbəbindən Tehran Beynəlxalq Kitab Sərgisi təxirə düşüb

Gunaz.tv

GünAz TV: Tehran Beynəlxalq Kitab Sərgisi İranda koronavirusun yayılması səbəbindən təxirə düşüb.

 

Bu barədə “İsna” xəbər agentliyinə 33-cü Tehran Kitab Sərgisinin Siyasi Şurasının sədri və sözçüsü Eyyub Dehqankar məlumat verib.

 

O bildirib ki, koronavirusun daha da yayılmasının qarşısını almaq üçün sərginin ramazan ayı vaxtı keçirilməsinə qərar verilib. Sözçü dəqiq zaman açıqlamasa da, bu barədə qərarın Siyasi Şuranın gələn iclasında qəbul ediləcəyini deyib.

 

Son rəsmi məlumatlarda İranda koronavirusdan ölənlərin 22 nəfər, bu xəstəliyə tutulanların isə 140 nəfər olduğu deyilir. Lakin qeyri-rəsmi məlumatlarda bu rəqəmlərin yüzlərlə olduğu bildirilir.

 

Digər tərəfdən, Sərhədsiz Reportyorlar Təşkilatı İran hökumətini virus qurbanları ilə bağlı real rəqəmləri gizlətmədə və bu xüsusda insanların məlumat yaymasına məneə olmaqda ittiham edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar