Koronavirusa yoluxduğu ehtimal olunan milli fəal Səhənd Məali həbsdən məzuniyyətə buraxılıb

2020-09-27 14:42

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığı üçün həbs edilən Səhənd Məali məzuniyyətə buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Üç gün əvvəl məzuniyyət müddəti bitdikdən sonra həbsxanaya qayıdan Məalidə koronavirus əlamətləri müşahidə olunduqdan sonra həbsxana məsulları onu yenidən bir ay müddətinə müvəqqəti azadlığa buraxıblar.

 

Məali koronavirusun həbsxanada yayılması səbəbindən avqustun 24-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında 30 gün müddətinə məzuniyyətə buraxılmışdı.

 

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralın 16-da sərbəst buraxılmışdı.

 

Buna baxmayaraq təhlükəsizlik qüvvələri iyunun 30-da Məaliyə onun dosyelərinin birləşdirilmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək milli fəalı həbs edərək yenidən Sarab zindanına köçürüblər.

 

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Xatırladaq ki, koronavirus infeksiyasının həbsxanalarda yayılması ilə əlaqədar məhbusların məzuniyyətə göndərilməsi barədə qərar çıxarılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq İranın məhkəmə-təhlükəsizlik orqanları bir neçə milli fəalın, o cümlədən Lətif Həsəni, Abbas Lisani, Əlirza Fərşi,  Tövhid Əmir Əmini, kiyanuş Aslanı və Yusif Karinin müvəqqəti azadlığa buraxılmalarına icazə vermir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18